ABŞ-dan Suriyaya İTTİHAM - İzi itirmək üçün...

ABŞ-dan Suriyaya İTTİHAM - İzi itirmək üçün...
04:13 16 May 2017
211 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti Suriyanı Dəməşq yaxınlığında dustaq cəsədlərinin yandırılması üçün krematori yaratmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi vəzifələrinin icraçısı jurnalistlərə məlumat verib.

"Etibarlı mənbələr iddia edirlər ki, çoxlu sayda cəsəd kütləvi qəbiristanlıqda dəfn oluna bilər. Hazırda biz hesab edirik ki, Suriya rejimi Sednaya həbsxanasında dustaqların cəsədlərindən dəlil saxlamadan qurtulmaq üçün krematori yaradıb", - deyə Stüart Cons bildirib.

O qeyd edib ki, Dövlət Departamentinin fərziyyəsinə görə, krematori Suriya rejimi tərəfindən son altı ildə gedən vətəndaş müharibəsi ərzində həyata keçirilən kütləvi məhbus edamlarının gizlədilməsi üçün yaradılıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR