Hakerlər "Walt Disney"in ekranlara çıxmayan filmini oğurlayıblar

Hakerlər "Walt Disney"in ekranlara çıxmayan filmini oğurlayıblar
05:47 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ "Walt Disney" şirkətinin hələ ekranlara çıxmayan filmi haker hücumuna məruz qalaraq oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bob Ayqerə istinadən "The Hollywood Reporter" məlumat yayıb.
Direktorun sözlərinə görə, kibercinayətkarlar bunun əvəzində ondan pul tələb etsələr də, rədd cavabı alıblar. Eyni zamanda Ayqer, söhbətin məhz hansı filmdən getdiyini açıqlamayıb.
Mayın 12-də "WannaCry" virusundan istifadə yolu ilə genişmiqyaslı haker hücumunun baş verdiyi məlum olub. Kiberhücuma onlarla ölkənin şirkət və müxtəlif idarələri məruz qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/hakerler-walt-disney-in-ekranlara-cixmayan-filmini-ogurlayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR