Günün resepti: qaşxəngəli

Günün resepti: qaşxəngəli
07:05 16 May 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az qaşxəngəlinin hazırlanma reseptini təqdim edir:

Hazırlanma vaxtı: 30 dəqiqə

Tərkibi və istifadə olunan ərzaqlar:

1 ədəd soğan
2 ədəd pomidor (və ya 2 ç/q tomat)
1 ədəd (1 diş) sarımsaq
100 qram kərə yağı
1 stəkan (1 kündəlik) un
2 ədəd kartof
1.5 litr su

Hazırlanma qaydası

İlk olaraq bir baş soğanı narın-narın doğrayaraq 100 qram yağda qızardana yaxın, 2 ədəd pomidoru xırda-xırda doğrayıb soğana əlavə etməliyik.
Pomidor qızarana yaxın litr yarım su əlavə edirik.

Su qaynayana yaxın, kartofu xırda-xırda kvadrat şəklində doğrayıb suya əlavə etməliyik.

Kartof bişənə yaxın, kündəni 1 santimetr qalınlığında yayıb, xırda-xırda kvadratlarla doğrayıb qazana əlavə etməliyik.

Xəmiri əlavə edib duz və istiotu zövgə görə tökəndən sonra, 5 dəqiqə qaynadıb qazı söndürüb zövqə görə göyərti əlavə edirik.

Yeməkdən əlavə olaraq, sarımsaq əzilib qatıqla qarışdırılıb süfrəyə verilir.

Nuş olsun!
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR