iPhone 8-in özəlliyi açıqlandı

iPhone 8-in özəlliyi açıqlandı
07:37 16 May 2017
Ölkə mətbuatı
A- A+

"LG Innotek" şirkəti yeni "iPhone" smartfonları üçün ön "3D" kamera modulunun  tədarükünə başlayacaq.
Yeni kamera sifətin tanınması sistemini dəstəkləyir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, sifətin tanınması üzrə oxşar sistem "Samsung Galaxy S8" smartfonunda qurulub, ancaq ikiölçülü texnologiyadan istifadə edir. Beləliklə, adi şəklin köməyi ilə müdafiə sistemini aldatmaq mümkündür. "iPhone" smartfonunda üçölçülü texnologiyadan istifadə etmək planlaşdırılır, sözügedən texnologiya daha mükəmməl və dəqiqdir.
 
Yeni "iPhone" 2017-ci ilin payızında "Apple" şirkətinin illik tədbirində təqdim ediləcək. Şayiələrə görə, smartfon piksellər sıxlığı 521 ppi-dən çox olan 5,8 düymlük "OLED" displeylə təchiz ediləcək. Həmçinin simsiz enerjidoldurma texnologiyası reallaşdırıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/544607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR