Azərbaycandan Ukraynaya pul köçürmələri 14 faiz azalıb

Azərbaycandan Ukraynaya pul köçürmələri 14 faiz azalıb
08:22 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ 2016-cı ildə Azərbaycandan Ukraynaya pul köçürmələri 14% azalıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının məlumatında bildirilir.
Ukraynalılar ötən il xaricdən ölkələrinə ümumilikdə 5,4 milyard dollar pul köçürüblər. Bu məbləğ ÜDM-in 5,8%-ni təşkil edir və ötənilki göstəricidən 5,3% çoxdur.
Məlumata görə, Azərbaycanla yanaşı Rusiya, Çin və Kanadadan da köçürmələrdə azalma qeydə alınıb.
Əvəzində isə Polşa, İsrail, Türkiyə və Marşal adalarından köçürülən pulların məbləğində artım olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandan-ukraynaya-pul-kocurmeleri-14-faiz-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR