Yeni doğulmuş körpə üçün hansı dini ayinləri yerinə yetirmək lazımdır?

Yeni doğulmuş körpə üçün hansı dini ayinləri yerinə yetirmək lazımdır?
08:52 16 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni doğulmuş körpə üçün ilk həftə ərzində bəzi dini ayinləri icra etmək müstəhəbdir. Əvvəla, körpənin sağ qulağına azan, sol qulağına iqamə oxumaq (bunu nəsildəki ağsaqqal ya ağbirçəyin etməsi daha məsləhətdir), uşağın adını qoymaq müstəhəb sayılır. İslam.az-ın məlumatına görə, oğlan uşağını yeddinci günündə sünnət etdirmək müstəhəbdir (əlbəttə, daha gec də edilə bilər).

Milli.Az islam.az-a istinadən bildirir ki, uşağın adına "əqiqə" qurbanı kəsdirmək və ətini yoxsullara, eləcə də, qohum-qonşuya paylamaq da dinimizdə yaxşı qarşılanır (valideynlərin ətdən pay götürməsi məsləhət deyil). Eləcə də, yeddinci günündə uşağın saçını qırxmaq və saçı ağırlığında gümüş ya qızılı sədəqə vermək savabdır. Uşağın doğumu münasibətilə ziyafət təşkil etmək, bu ziyafətə ehtiyaclı insanları, qohumları və qonşuları dəvət etmək də dini baxımdan gözəl əməl sayılır. Bir daha təkrar edirik ki, bu əməllərin hamısı müstəhəbdir, vacib deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR