Kişi öz həyat yoldaşını öpərsə, dəstəmazı pozularmı?

Kişi öz həyat yoldaşını öpərsə, dəstəmazı pozularmı?
09:03 16 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bu məsələdə İslam məzhəblərinin görüşləri fərqlidir. Şiə (cəfəri) məzhəbinə görə dəstəmazlı halda istər məhrəm, istərsə də naməhrəm şəxsə toxunmaq, öpmək dəstəmazı pozmaz (əlbəttə, naməhrəmə toxunmaq və öpmək günahdır, amma dəstəmaza təsir etməz).

Dəstəmazı yalnız cinsi əlaqə pozur və bundan sonra qüsl almaq lazımdır.

Hənəfilər də eyni görüşdədirlər. Maliki və hənbəli məzhəbinə görə kişinin öz arvadına şəhvətlə toxunması və öpməsi dəstəmazı pozar.

Şafii məzhəbində isə istər şəhvətlə, istərsə də şəhvətsiz toxunmaq və öpmək dəstəmazın pozulmasına səbəb olar. (islam.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/198934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR