Ər öz arvadı ilə dalaşıb ondan ayrılacağını söyləsə...

Ər öz arvadı ilə dalaşıb ondan ayrılacağını söyləsə...
09:05 16 May 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Ər öz arvadı ilə dalaşıb ondan ayrılacağını söyləsə, bu, talaq sayılırmı? Əgər üç dəfə bu hal təkrar olubsa, onlar bir-birinə haram sayılırlar?

Talaqda əsas şərtlərdən biri dəqiq talaq niyyəti etmək və dildə də bu niyyəti bildirməkdir. Yəni ən azından "sənə talaq verdim", "sən talaqlısan", "səndən talaqla boşanıram" kimi ifadələrin işlənməsi lazımdır. İslam.az-ın məlumatına əsasən, hər hansı başqa ifadə talağı əvəz etməz. Bəzən insanlar əbəs yerə hər bir küskünlüyü və ayrılmağa verilən qərarı talaq sayır, peşman olandan sonra narahatlıq keçirirlər. Məsələn, kişi qəzəblənib qadına "mən evdən çıxıb gedirəm" və ya "get atanın evinə" söyləsə, bu hələ talaq deyil. Bu cür sözlər talaq sayılmaz və kəbinə heç bir təsiri yoxdur. Əlbəttə, talağın daha başqa şərtləri də vardır. Məsələn, talaq zamanı qadının vəziyyəti, talağın neçə dəfə və nə zaman deyilməsi, şahidlərin olması və s.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR