Lənkəranda ana və 3 övladı zəhərləndi

Lənkəranda ana və 3 övladı zəhərləndi
09:18 16 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda 4 nəfər dəm qazından zəhərlənib.

Tütəpeşdə kəndində 1984-cü il təvəllüdlü Leyla Xanbala qızı Mehdizadə, onun övladları - 2003-cü il təvəllüdlü Nərmin, 2004-cü il təvəllüdlü Nigar və 2008-ci il təvəllüdlü Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilir ki, axşam saatlarında elektrik enerjisi kəsildiyindən ev sahibləri evin altındakı generatoru işə salıblar. Generatordan çıxan qaz evdəki dörd nəfəri zəhərləyib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR