Azərbaycanlı çempion Türkiyədə güllələndi - Başqa 5 nəfər də yaralandı - FOTO

Azərbaycanlı çempion Türkiyədə güllələndi - Başqa 5 nəfər də yaralandı - FOTO
09:52 16 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.
 
Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir. 
 
Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.
 
Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/545193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR