Gəncə bazarının rəhbərliyində dəyişiklik olacaq

Gəncə bazarının rəhbərliyində dəyişiklik olacaq
09:57 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ İyunun 30-da, saat 10:00-da “Gəncə-Bazar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi,22 ünvanında olacaq.
Yığıncağın gündəliyinə bazarın 2016-cı ildəki fəaliyyəti ilə bağlı müəssisənin Təftiş Komissiyası və mühasibatlığının hazırladığı hesabatların müzakirəsi və təsdiq edilməsi, müəssisənin Müşahidə Şurasının tərkibinə dəyişiklik olunması və cari məsələlər daxildir.
Xatırladaq ki, “Gəncə-Bazar” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gence-bazarinin-rehberliyinde-deyisiklik-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR