OPEC-in gəlirləri 12 illik minimuma enib

OPEC-in gəlirləri 12 illik minimuma enib
09:57 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ OPEC təşkilatının üzvü olan ölkələrin neft ixracından əldə etdiyi gəlirlər son 12 ilin minimal səviyyəsinə enib. 
"Report" ABŞ Energetika Nazirliyinin (EIA) hesabatına istinadən bildirir ki, 2016-cı ilin yekunlarına görə, OPEC-in ixrac gəlirləri 433 mlrd. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin analoji göstəricisindən 15% azdır. 
Xatırladaq ki, 2016-cı ilin göstəricisində İranın gəlirləri də nəzərə alınıb. Nazirlik bildirib ki, OPEC-in 2016-cı il ixrac gəlirlərinin 133 mlrd. dollarlıq və ya 30,7%-lik hissəsi Səudiyyə Ərəbistanının payına düşüb.
EIA-nın proqnozlarına əsasən, 2017-ci ildə OPEC-in ixrac gəlirlərinin 539 mlrd. dollar, 2018-ci ildə isə 595 mlrd. dollar olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-in-gelirleri-12-illik-minimuma-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR