“Bakı-2017”də taekvando yarışlarına start verildi - FOTO

“Bakı-2017”də taekvando yarışlarına start verildi - FOTO
09:58 16 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.

Yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında dayanq üzərinə çıxırlar.

Təmsilçilərimizdən üçü bu gün, beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq.

Bu gün “Bakı-2017”də kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.

İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.

Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR