Macarıstan prezidenti Ərdoğanla bağlı Avropa ölkələrinə çağırış etdi

Macarıstan prezidenti Ərdoğanla bağlı Avropa ölkələrinə çağırış etdi
10:13 16 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinin üzvü olan Macarıstan dövlətinin Baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çıxan ölkə siyasətçilərinə çağırış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Viktor Orban “Macarıstan” televiziyasına müsahibəsində dünya ölkələrini prezident Rəcəb Tayyib Ərdoğana hörmət etməyə çağırıb:

“Türkiyə prezidentinə hörmət etmək lazımdır. Bu xüsusilə də Avropa ölkələrinə aiddir. Çünki Avropanın təhlükəsizliyinin təmin olunmasında Türkiyənin böyük rolu var. Türkiyə-Macarıstan əlaqələrinin yaxşı olması ölkəmizin təhlükəsizliyinin qarantıdır”.

Viktor Orban yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini də açıqlayıb:

“Yaxın vaxtlarda Türkiyəyə rəsmi səfərim və Prezident Rəcəb Tayyib Ərdoğanın da Macarıstana rəsmi səfəri olacaq. Səfəri zamanı prezident Ərdoğan paytaxt Budapeştdə restavrasiya işləri artıq tamamlanan “Gül Baba” türbəsinin açılış mərasiminə qatılacaq. Daha sonra isə mən Türkiyəyə rəsmi səfər edəcəm”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR