Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq
10:32 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ İyunun 29-da, saat 11:00-da “Bаkı Tikiş Evi” АSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” Cəmiyyətin Müşahidə Şurasına istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,113 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatların təsdiq olunması, onun idarəetmə orqanlarının seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, “Bаkı Tikiş Evi” АSC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 347 242 manatdır. Fabrik əsasən məktəblilər və hərbçilər üçün geyimlərin tikilməsi üzrə ixtisaslaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baki-tikis-evinin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR