Gömrükçülər 2200 ədəd siqaret aşkar edib

Gömrükçülər 2200 ədəd siqaret aşkar edib
10:42 16 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2 200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-2200-eded-siqaret-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR