BANM-də qanvermə aksiyası keçirilib (FOTO)

BANM-də qanvermə aksiyası keçirilib (FOTO)
10:50 16 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Bakı Ali Neft Məktəbinin” (BANM) əməkdaşları arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü ilə aparılıb.

Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin həkim-metəxəssisi Cəmşid Şahverdiyev nəzarəti ilə və Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə baş tutub.

“Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2754957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR