Daha bir taekvandoçumuz İslamiadada qələbə ilə başladı

Daha bir taekvandoçumuz İslamiadada qələbə ilə başladı
10:50 16 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı.

Trend-in məlumatına görə, kişilər arasında yarışa səkkizdəbir finalda başlayacaq milli komandamızın üzvü Qaşım Maqomedov (54 kq) Pakistan təmsilçisi Umar İqballa qarşılaşıb.

Görüş 26:6 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR