Rus gəmiləri hər an atəş aça bilər

Türkiyə polisi İstanbul boğazından keçən Rusiya hərbi gəmilərinə qarşı İŞİD tərəfindən iriçaplı silahlardan hücum ola biləcəyinə dair məlumat yayıb.

Metbuat.az xəbər verir ki, polis hücumla bağlı 146 şübhəli ərazi müəyyənləşdirib. Həmin ərazilərdə xüsusi təhlükəsizlik tədbirləri görülür. Boğazdakı hərbi gəmiləri 1 polis helikopteri, 2 döyüş gəmisi müşayiət edir.

Rusiya hərbi gəmiləri dəniz və havadan tam şəkildə mühafizə olunur.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR