Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında dəyənək aşkar edilib

Azərbaycan vətəndaşının şəxsi əşyalarının arasında dəyənək aşkar edilib
10:52 16 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
"Report" DGK-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb. Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.
Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-sexsi-esyalarinin-arasinda-deyenek-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR