Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilib
10:57 16 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"-nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan geniş miqyaslı aksiyasının birinci mərhələsi həyata keçirilib.

Ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla "Azərbaycan Hava Yolları" QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyasına qoşulub.

"Azərbaycan Hava Yolları" tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir.

Biz bir daha diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldirik.

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR