Ölkəyə qanunsuz gətirilən 2200 siqaret müsadirə olunub

Ölkəyə qanunsuz gətirilən 2200 siqaret müsadirə olunub
11:01 16 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstandan gətirilən 2200 ədəd siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2754968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR