Azərbaycanlı futbolçu separatçıların komandasında - FOTOFAKT

Azərbaycanlı futbolçu separatçıların komandasında   - FOTOFAKT
11:07 16 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda Rusiya tərəfindən işğal olunmuş Krım ərazisi dünya ölkələrindən tanınmır. 


Bu bölgəni təmsil edən futbol klubları Rusiya çempionatına qatılmaq istəsələr də, UEFA və FİFA onlara bu icazəni verməyib. Nəticədə Ukraynanın Krım vilayətini təmsil edən klublar öz aralarında turnir keçirməyi qərara alıblar.


Tanınmamış Krım çempionatında çıxış edən komandaların birinin heyətində azərbaycanlı futbolçu da var. Bir vaxtlar "Karvan", "Bakı", və "Neftçi"də çıxış etmiş Əziz Quliyev hazırda "TSK Tavriya"da forma geyinir. Quliyev bir müddət "Rəvan"ın heyətində də görünüb, sonra zədə səbəbindən paytaxt klubunun sıralarını tərk edib. Ötən ilin avqustunda "Səbail"lə 1 illik müqavilə bağlayan Əzizdən xeyli müddət idi ki, xəbər çıxmırdı.


Bu komanda qondarma çempionatda 3-cü pilləni tutur və son turda 3:1 hesablı qələbəyə seviniblər. Həmin qarşılaşmada Əziz 71-ci dəqiqədə meydana daxil olub. 


"Krım çempionatı"nda 8 şəhərin eyni sayda təmsilçisi mübarizə aparır. (sport7.az)


 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-separatclarn-komandasnda-t58110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR