Qadağan edilən silahın ölkəyə gətirilməsinin qarşısı alınıb

Qadağan edilən silahın ölkəyə gətirilməsinin qarşısı alınıb
11:08 16 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb. Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.

Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2754971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR