Bu əlamətləriniz varsa, mütləq həkimə gedin

Hər üç adamdan birində rast gəlinən qalxanvari vəzi xəstəliyi (zob) ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Metbuat.az xəbər verir ki, xəstəlik özünü bu əlamətlərlə göstərir:

Çəki almaq və çəki itirmək: Hipotrioz çəki almağa səbəbkən, hipertireoz çəki itirməyə səbəb ola bilər.

Boyunda şişkinlik və ağrı: “Guatr” tireoid düyümü və ya kistasının xəbərçisi ola bilər.

Çarpıntı, əllərdə titrəmə: Qanda tireoid hormonlarının miqdarının artdığı “hipertireoz” zamanı ola bilər.

Həddindən artıq tərləmə: Vəzin çox çalışması tərləmənin önəmli səbəblərindəndir.

Dəridə qalınlaşma: “Hipertireoz” xəstəliyinin əlaməti ola bilər.

Qansızlıq: “Hipotrioid” (qanda tireoid hormonlarının azalması) zamanı qansızlıq olur.

Əzələlərdə ağrılar: Qalxanvari vəzi xəstəlikləri əzələ ağrıları, əzələ gücsüzlüyü yarada bilər.

Saç tökülməsi: Qalxanvari vəzin az və ya həddindən artıq işləməsi saç tökülməsinə səbəb ola bilər.

Təzyiqin yüksəlməsi: Qalxanvari vəzi xəstəlikləri təzyiq balanssızlığı yaradır.

Qəbizlik: Xüsusilə, qalxanvari vəzi az işlədikdə qəbizlik yaranır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR