Məcburi köçkün statusu olan tələbələr təhsil haqlarını özləri ödəyəcək? - RƏSMİ

Məcburi köçkün statusu olan tələbələr təhsil haqlarını özləri ödəyəcək? - RƏSMİ
11:18 16 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Ali məktəblərə qəbul imtahanında ödənişli ixtisaslara qəbul olan məcburi köçkün statusu olan tələbələrin ödəniş edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Publika.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı sərəncamda dəyişiklik edilmədiyindən həmin tələbələr təhsil haqqı ödəmədən təhsil ala biləcəklər.

“Məcburi köçkün tələbələrin təhsil haqqından azad edilməsi barədə sərəncam prezident tərəfindən imzalanır. Hələ ki, belə bir sərəncam imzalanmadığından güzəşt ləğv edilməyib. Bu məsələ müzakirə belə edilmir”.

Qeyd edək ki, bəzi xəbər saytlarında 2018/2019-cu il tədris ilində ali məktəbə ödənişli ixtisaslara qəbul olan məcburi köçkün statusu olan tələbələrin güzəştlərinin ləğv ediləcəyi ilə bağlı məlumat yayılıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR