Üzgüçümüz finalda!

Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib.

Metbuat.az-ın məlumatına görə, F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.

Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar.

Qeyd edək ki, iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib.

Sərdar Məmmədov /Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR