Sumqayıtlı oğlan dünya tarixinə düşdü

Sumqayıtlı oğlan dünya tarixinə düşdü
11:22 16 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı şahmatçı, Sumqayıt şahmat məktəbinin yetirməsi Şəhriyar Məmmədyarov tarixi uğura imza atıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şahmatçımız dünya qrossmeysterlərinin yeni reytinq cədvəlində 5-ci pilləyə yüksəlib və xallarının sayını 2801.1-ə çatdırıb. O, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.

Qeyd edək ki, Ş.Məmmədyarov bir müddət əvvəl Azərbaycanda Vüqar Həşimovun xatirəsinə həsr edilmiş yüksək reytinqli yarışın qalibi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR