Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub

Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub
11:27 16 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub.  
“Report” xəbər verir ki, sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir. 
Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.  
Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: “İqtisadi çətinliklərə baxmayaraq, bu məsələ gündəmdən düşmədi". 
Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: "Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/media/jrnalistlere-menzillerin-verilmesi-ucun-sened-qebulunun-vaxti-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR