Şimali Koreya bütün dünyaya gizli hücuma keçdi

Şimali Koreya bütün dünyaya gizli hücuma keçdi
11:38 16 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Mayın 12-də 150-dən çox ölkədə 300 mindən çox kompüterə edilən hücumun arxasında Şimali Koreyanın olduğu ehtimal olunur.

Publika.az
xəbər verir ki, bu ehtimalı “Google” şirkətinin təhlükəsizlik üzrə araşdırmaçı Neel Mehta isəli sürüb.

Onun fikrincə, yayılan “WannCry” virusunda “Lazarus Group” adlı bir haker qrupun istifadə etdiyi kod tapıb. Bu qrup Şimali Koreya hökumətinə bağlıdır.

Lakin mütəxəssis hesab edir ki, diqqəti Şimali Koreyaya yönləndirmək üçün “Lazarus Group”un kodunu bilərəkdən də virusa yerləşdirə bilərlər. Hazırda hücumun arxasında kimin dayandığı ilə bağlı araşdırmalar davam edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR