Ötən ay 9 mindən çox insan tibbi müayinədən keçib

2017-ci ilin aprel ayında nikaha daxil olmaq istəyən 9653 nəfər tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçmişdir. Aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR