Azərbaycan polisi hər yerdə bu qızı axtarırdı

İtkin düşən (04.06.2015-ci il) İsmayıllının Zərnava kənd sakini Səidə Abdurəhmanova tapılıb.

Metbuat.az xəbər verir ki, Səidənin atası Yusif Abdurəhmanov 2015-ci ilin iyul ayında İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onunla birlikdə yaşayan qızı, 1992-ci il təvəllüdlü Səidə Abdurəhmanovanın həmin il iyun ayının 2-də saat 12.00 radələrində evdən xəbərsiz çıxaraq getdiyini, bir daha geri qayıtmadığını bildirmişdi.

İsmayıllı RPŞ-nin Növbətçi hissəsinin keçmiş əməkdaşının verdiyi məlumata görə, 2015-ci ildə axtarışa verilən Səidə Abdurəhmanova elə həmin il Türkiyədən tapılaraq Azərbaycana gətirilib.

“Səidəni Azərbaycana gətirəndə o, öz istəyi ilə ailə qurmaq üçün Türkiyəyə getdiyini dedi. Cütlük evlənib, onların övladları da var. Hazırda qız Türkiyədə yaşayır”.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR