Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırıb

Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırıb
11:52 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Rusiya ona qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, ABŞ dövlət istiqrazlarına investisiyalarını mart ayında 13,5 mlrd. ABŞ dolları və ya 15,6% artıraraq 99,8 mlrd. dollara çatdırıb. 
"Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. Bununla da Rusiya ABŞ dövlət istiqrazlarına sahib olan dövlətlər arasında 15-ci sırada yer alıb.
Qeyd edək ki, ən çox ABŞ istiqrazlarına sahib olan ölkə Yaponiya (1,118 trln. dollar), ikinci isə Çindir (1,087 trln. dollar).

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-abs-dovlet-istiqrazlarina-sermayelerini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR