Sumqayıtlı oğlan dünya tarixinə düşdü...

Şahmatçımız Şəhriyyar Məmmədyarov dünya qrossmeysterlərinin yeni reytinq cədvəlində 5-ci pilləyə yüksəlib və xallarının sayını 2801.1-ə çatdırıb.

Metbuat.az xəbər verir ki, o, dünya şahmat tarixində 2800 reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.

Qeyd edək ki, 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olmuş dünyada yeganə şahmatçıdır.

Sərdar Məmmədov /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR