Bugünkü hərracın nəticələri açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Metbuat.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasıda qiyməti ilə digərlərindən fərqlənir. Həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumili faydalı sahəsi isə 53 kv.m təşkil edib. Ən ucuz qiymətə özəlləşdiriolən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kv.m ilə 66 kv.m, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR