"Yaralandığını bilmirdim, saytdan oxudum" - Kikbokçunun atası

"Yaralandığını bilmirdim, saytdan oxudum" - Kikbokçunun atası
12:05 16 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə silahlı insident zamanı güllə yarası alan Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin atası Eminağa Əlizadə hadisə ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, bakipost.az-a açıqlama verən E.Əlizadə oğluyla səhər saatlarında telefon əlaqəsi saxladığını bildirib: "Mənim hadisədən xəbərim yox idi. Sizin saytdan oxudum ki, yaralanıb. Bu gün səhər Eldarın özü ilə danışmışam. Mənə deyir ki, guya heç nə yoxdur. Dediyinə görə, heç bir güllə yarası almayıb. Hətta ayaq üstə olan şəkilini də mənə göndərib. Deyir ki, guya hadisə yerində olmayıb. Amma bilirəm ki, gizlətmək üçün belə deyir. Mənim ürəyimdə problem var, buna görə gizlətmək istəyir. Hər bir halda özüylə danışmışam və bilirəm ki, vəziyyəti və səhhəti yaxşıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/545246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR