ABŞ prezidenti İsrailə səfər edəcək

ABŞ prezidenti Donald Trampı mayın 22-də İsrail səfəri zamanı 10 min polis mühafizə edəcək.

Metbuat.az xəbər verir ki, 22 mayda baş tutacaq səfər zamanı Trampın təhlükəsizliyini ABŞ-İsrail təhlükəsizlik qüvvələri müştərək şəkildə təmin edəcək.

Tramp Şərqi Qüds başda olmaqla, "Məscid-i Aksa" və "Qiyamət' kilsəsini ziyarət edəcək. ABŞ prezidenti eyni zamanda İsrail-Fələstin arasında sülhün əldə edilməsi üçün Fələstin lideri Mahmud Abbasla da görüşəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR