Məcburi köçkün tələbələrə

Dövlət ali təhsil müəssisələrində ödənişli bölmələrində təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:

"Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlar yalandır”. //Modern.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR