Azərbaycanın cənub meşələrində "Şümşad odlucası"na qarşı mübarizə aparılır

Azərbaycanın cənub meşələrində "Şümşad odlucası"na qarşı mübarizə aparılır
12:12 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) ölkənin cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri həyata keçirir.
"Report" Nazirliyə istinadən xəbər verir ki, qurumun əməkdaşları bu məqsədlə Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 1 250 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. 
Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericilərə yoluxduğu aşkar olunub.
Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 59 hektar, Lənkəranda 23 hektar, Masallıda isə 7 hektar meşə təsərrüfatı sahələrində adıçəkilən zərərvericilərə qarşı mübarizə aparılıb. 
Mübarizə tədbirləri “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir. Tədbirlərin əsas məqsədi, adıçəkilən zərərvericilərin respublikamız ərasizində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısı almaqdan ibarətdir.
Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanin-cenub-meselerinde-sumsad-odlucasi-na-qarsi-mubarize-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR