İslam Həmrəyliyi Oyunlarına 8513 könüllü cəlb olunub

İslam Həmrəyliyi Oyunlarına 8513 könüllü cəlb olunub
12:15 16 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə 8513 nəfər könüllü cəlb olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər.

“Bakı 2017”nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR