Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR

Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR
12:17 16 May 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət ali təhsil müəssisələrində ödənişli bölmələrində təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər.

Milli.Az modern.az-a istinadən  məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:
 
"Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlar yalandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR