Nazirlik Mərakeş və İtaliya canlılarına qarşı səfərbər oldu

Nazirlik Mərakeş və İtaliya canlılarına qarşı səfərbər oldu
12:18 16 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi Mərakeş və İtaliya çəyirtkələrinə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirilir.

Nazirlikdən Publika.az-a bildirilib ki, tədbirlər çərçivəsində İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonları ərazisində 35.000 hektar dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb, 8500 hektar sahədə isə sirayətlənmə aşkar edilib. Hazırda ümumilikdə 7640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri görülüb.

Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun Şirinqum ərazisindəki dövlət ehtiyat fond torpaqlarında adıçəkilən zərərvericilərə qarşı 875 hektar sahədə mübarizə işləri artıq başa çatdırılıb.

Hacıqabul, Şamaxı və Kürdəmir rayonları ərazisində 760 hektar, Tovuz, Qazax və Axstafa rayonlarının ərazisində və Ceyrançöl düzündə 3600 hektar sahədə Mərakeş və İtaliya çəyirtkələrinin məhv edilməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir. Mübarizə tədbirləri “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, əkin sahələrinin ən başlıca problemlərindən biri çəyirtkələrlə bağlıdır. Bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir. Çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 kilometrdən, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/198972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR