Sabah Bakıda "WorldFood Azerbaijan" beynəlxalq sərgisi başlayır

Sabah Bakıda "WorldFood Azerbaijan" beynəlxalq sərgisi başlayır
12:27 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Sabah Bakı şəhərində işə başlayacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan-2017”) sərgisində 27 ölkədən 331 şirkət iştirak edəcək. "Report" xəbər verir ki, bunu bu məqsədlə bu gün Bakıda keçirilən mətbuat konfransında çıxış edən sərginin əsas təşkilatçısı - "ITE Group" şirkətinin rəhbəri Edvard Strun deyib.
E.Strunun sözlərinə görə, Şrilanka kimi bəzi ölkələr ilk dəfə olaraq bu sərgidə iştirak edəcək: "Ötən ilə nisbətən bu il sərgimiz iki iri pavilyonda olacaq, bu isə 9% artım deməkdir".
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə qeyd edib ki, bu il sərgidə iştirak edən ölkələrin sayı da artıb: "Sərgi iştirakçılarının 70%-i xarici şirkətlər, 30%-i isə yerli şirkətlərdir. Ötən ilə nisbətən şirkətlərin sayında 18 vahid artım var və bu sərgidə 331 şirkət iştirak edəcək".
Qeyd edək ki, bununla paralel eyni meydançada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (“Ipack Caspian-2017”) sərgisi də təşkil olunacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/sabah-bakida-worldfood-azerbaijan-beynelxalq-sergisi-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR