Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları ilə bağlı konfransa qatılacaq

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları ilə bağlı konfransa qatılacaq
12:27 16 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-herbcileri-beynelxalq-ordu-oyunlari-2017-yarislari-ile-bagli-konfransa-qatilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR