Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər əvvəlkilərə şamil olunmayacaq"

Səlim Müslümov: "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər əvvəlkilərə şamil olunmayacaq"
12:27 16 May 2017
296 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ "Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb: "Həmin sənədlə bir sıra qaydalar iki ay müddətində hazırlanaraq qüvvəyə minməlidir. Hazırda bunların üzərində nazirlikdə iş gedir. Bu dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Yeni dəyişikliklər iyulun 1-dən sonra pensiyaya çıxacaq şəxslərə aid olacaq". 
Onun sözlərinə görə, bu, daimi bir prosesdir, sistem halında həyata keçirilən dəyişikliklərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/emek-pensiyalari-haqqinda-qanuna-deyisiklikler-evvelkilere-samil-olunmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR