Ordumuzun zərbəsi ERMƏNİSTANI ÇALXALADI: Sarkisyan generallara qarşı hərəkətə keçdi - VİDEO

Ordumuzun zərbəsi ERMƏNİSTANI ÇALXALADI: Sarkisyan generallara qarşı hərəkətə keçdi - VİDEO
12:33 16 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir.

Publika.az
xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.

“Mayın 13-də hərbi qulluqçunun həlak olması haqda danışan müdafiə naziri Viqen Sarkisyan günahkarların cəzalandırılacağını açıqladı. Lakin problem bir hərbçinin həlak olması ilə bitmir. Son günlər orduda tez-tez itkilər verilir, postlarda müdafiə nizamnaməyə uyğun qurulmu, həmçinin, qeyri-döyüş şəraitində ölüm hallarının sayı artıb. Azərbaycanın Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksini vurması isə “son damla” olub. Gözləniləndir ki, bir sıra hərbi hissələrin komandirləri istefaya göndəriləcək, hətta vəzifəsindən çıxarılan hərbiçilər arasında generalların olacağı da deyilir”, - deyə qəzet yazır.

Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus “OSA” zenit-raket kompleksini məhv edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/198973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR