Nazir: "İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu öz vəsaiti hesabına fəaliyyət göstərəcək"

Nazir: "İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu öz vəsaiti hesabına fəaliyyət göstərəcək"
12:37 16 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ "Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu ayrıca, öz vəsaitlərinə malik sistem halında fəaliyyət göstərəcək". 
"Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 
Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən "İşsizlikdən sığorta haqqında" qanun layihəsi Milli Məclisə təqdim olunub: "Sənəd Milli Məclisin Əmək və sosial məsələlər komitəsində ilkin müzakirədən keçirilib. Həmin qanun layihəsindəki müvafiq iddiaya görə əmək haqqı fondunun bir faizi işsizlikdən sığorta üçün tutulacaq. Bunun yarısını işəgötürənlər, yarısını isə işçilər ödəyəcəklər. Burdan formalaşacaq vəsaitlər hesabına həm işsizlik müavinəti, həm də özünüməşğulluq proqramları maliyyələşəcək. Həm də digər aktiv məşğulluq tədbirləri maliyyələşəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/i-ssizlere-muavinetlerin-verilmesi-ucun-sigorta-fondu-oz-vesaiti-hesabina-fealiyyet-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR