Para-atletika yarışlarında ilk qızıl medalımızı qazandıq

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının para-atletika yarışlarında Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar.

Metbuat.az xəbər verir ki, idmançımız Samir Nəbiyev kürəitələmə yarışında bütün rəqiblərindən üstün nəticə göstərib.

Qeyd edək ki, iran təmsilçiləri Cavid Şakib Ehsani və Cavad Dalakeh müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Sərdar Məmmədov /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR