İslam Həmrəyliyi Oyunlarına cəlb olunan könüllülərin sayı AÇIQLANDI

İslam Həmrəyliyi Oyunlarına cəlb olunan könüllülərin sayı AÇIQLANDI
12:47 16 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə 8513 nəfər könüllü cəlb olunub.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər.

"Bakı 2017"nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR