Cenevrədə Suriya üzrə danışıqlar başlayıb

Cenevrədə Suriya üzrə danışıqlar başlayıb
12:47 16 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Cenevrədə Suriya nizamlanması üzrə danışıqların altıncı mərhələsi başlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin başçılıq etdiyi hökumətin nümayəndə heyəti təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüş üçün BMT-nin Cenevrə ofisinə gəlib.
Suriya üzrə danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək.
Günün ikinci yarısında de Misturanın Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsinin nümayəndə heyəti ilə görüş keçirəcəyi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenevrede-suriya-uzre-danisiqlar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR